!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir özəl klinika xəstənin ölümündə SUÇLANIR: “Xəstəxana deyil, qəssabxanadır” - FOTOLAR

!Reklam – Yazi

“HB Güvən Klinikası”nda pul qazanmaq üçün atama “sətəlcəm” deyib, 1 həftə boyunca pul yemək üçün sadəcə, işgəncə veriblər”.

Yenicag.az xəbər verir ki, Zamiq Məmmədli adlı şəxs sosial şəbəkədə xəstə atasının ölümünə görə “HB Güvən Klinikası”nın məsuliyyət daşıdığını iddia edib.

Zamiq Məmmədli halsız vəziyyətdə olan atasını “HB Güvən Klinikası”na apardığını, xəstəxanada ona səhv diaqnoz qoyulduğunu və yanlış müalicə nəticəsində mədəsindəki yaraların deşilməsi səbəbindən qanaxma baş verdiyini bildirib.

Şikayətçi “qəssabxana”ya bənzətdiyi “HB Güvən Klinikası”nda “pula görə səhv diaqnozlarla atasının həyatını daha da qısaltdıqlarını” yazıb:

“Doktor” bilib güvəndiyim Vasif İsmayılın tövsiyəsi ilə halsız vəziyyətdə olan atamı işlədiyi “HB Güvən Klinikası”na apardıq. Atama səhv diaqnoz qoyaraq həyatını məhv elədilər.

2700 manat pul ödəməyimi istədilər. Ödədim. 15 iyunda “sətəlcəm” deyə, guya “müalicə” edib daha da ağırlaşdırdılar. Dedik, bəlkə onkomarkerlər də verilsin? Dedilər yox, lazım deyil…

“HB Güvən”də yazılan ağır dərmanlar (təxmini 200 AZN da HB həkimi Nazxanım Qasımovanın yazdığı dərmanlara ödəmişdik) mədəsindəki yaraları deşib, qanaxma vermişdi. Artıq ağzından qan gəlirdi… “HB Güvən Klinikası”nın yazdığı müalicəni dayandırdıq. Həkimi dedi ki, mənlik deyil.

22 iyunda atamı “HB Güvən Klinikası”ndan çıxardıq. Xəstəxanadan çıxanda, onun metastaz vermiş onkoloji mədə xəstəsi olduğunu Onkologiya İnstitutuna apararaq, müəyyən etdik. Atam 26 iyulda vəfat etdi. 1-ci qrup Qarabağ əlili idi.

“HB Güvən””dən heç olmasa, üzrxahlıq istədim, həkimi Nazxanım Qasımova adlı biri idi, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, ya cavab gəlmədi ya da dedilər ki, get, hara istiyirsən, şikayət elə. Hazırda məhkəməyə iddia ərizəsini hazırlayıram. Ora xəstəxana deyil, qəssabxanadır!

Həmin o klinikada 1 həftə ərzində sadəcə, ağrıkəsicilər, (nədənsə, revmotestlər), sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb damarını deşik deşik etmişdilər. Adicə natrium-xlorid sistemi qoşaraq, ödədiyim depoziti silməklə məşğul olublar…

Mən soruşdum kii, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı. Sonra özümüz xərçəngdən şübhələnib atamı Onkologiyaya apardıq. Məlum oldu ki, atamda ağırlaşmış onurğa-mədə xərçəngi var…

“HB Güvən Klinikası”nda isə pul qazanmaq üçün atama “sətəlcəm” deyib, 1 həftə boyunca pul yemək üçün sadəcə, işgəncə veriblər… Atamı 15-22 iyun arası yəni, 1 həftə “HB Güvən Klinikası”na yerləşdirdik. İlk və son çıxış vaxtının vəziyyətinə baxın. Vəziyyəti o qədər ağırlaşdı ki, 26 iyulda ağrılar içində vəfat etdi…

Atam bəlkə də bir neçə il və ya bir neçə ay uzun yaşayacaqdı, amma “HB Güvən Klinikası” deyilən qəssabxanada pula görə səhv diaqnozlarla həyatını daha da qısaltdılar”.

“HB Güvən Klinikası”ndan Zamiq Məmmədlinin qeyd olunan ittihamlarına verilən cavabda isə klinikaya qarşı irəli sürülən iddiaların əsassız olduğu bildirilib.

 

Gülşən Şərif

www.yenicag.az

1870
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv