Daha bir paracüdoçumuz Bakıdakı yarışda medal qazandı

Azərbaycanın paracüdoçusu Xanım Hüseynova Bakıda keçirilən IBSA Qran-prisində medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Yenicag.az-a verilən məlumata görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı gümüş mükafata sahib çıxıb.
Qeyd edək ki, ötən gün Şəhanə Hacıyeva (48 kq) bürünc medal əldə edib.