Daha bir Polis Bölməsinin rəisi dəyişdirilib

95e527Ramil Usubov müvafiq əmr imzalayıb

Daxili işlər orqanlarında yeni təyinat olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Etibar Balakişiyev tutduğu vəzifədən azad edilərək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib.