Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Daha bir prospekt bağlanır

60194Sabah səhər saat 08:30-dan axşam saat 20:30-dək Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçə ilə kəsişməsindən Müzəffər Nərimanov küçəsi ilə kəsişməsinədək olan hissəsində gediş, eləcə də yolun eni boyu köməkçi yollarda hərəkət tam dayandırılacaq.

Bunu Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyev deyib ki, adıçəkilən yolun bağlanmasına səbəb yolun hərəkət hissəsinin üfüqi nişanlanmasının həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, yolun bağlanması nəticəsində 20 Yanvardan gələn nəqliyyat vasitələri Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Müzəffər Nərimanov küçəsi istiqamətinə gedə bilməyəcəklər.

“Azəryolservis” ASC sahibkarlara və sürücülərə alternativ yoldan istifadə etməyi tövsiyə edir.(apa.az)

www.yenicag.az

274