Daha bir prospektdə sürət həddi endirildi

Bakının Qara Qarayev prospektində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, yol sahəsində müvafiq nişanlar quraşdırılıb.