Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha bir qadını ilan sancdı

94035Örüşdə quş otaran qadını ilan sancıb. Yenicag.az xəbər verir ki, hadisə bu gün Cəlilabad rayonunun Xəlilli kəndində baş verib.

Belə ki, kənd sakini 48 yaşlı Eyvazova Sonaxanım təsərrüfatında olan hind quşlarını sahədə otaran zaman ilan onu ayaq nahiyyəsindən sancıb.

Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılan S. Eyvazovaya zəhərə qarşı iynə vurulsa da, hazırda onun vəziyyəti ağırdır.

Xatırladaq ki, bu günlərdə 2-si uşaq olmaqla 3 nəfər rayon sakini ilan sancması diaqnozu ilə xəstəxanya müraciət edib.

www.yenicag.az

510