!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir qanlı terror qruplaşması İŞİD-ə qoşuldu

!Reklam – Yazi

141205-boko-haram-2306_53a7ad02bd80adf730c7381748a22052Nigeriyadakı “Boko Haram” terror qruplaşması İŞİD-ə sədaqət andı içdi. Bu barədə SİTE adlı internet saytı xəbər yayıb. Xəbərdə deyilir ki, “Boko Haram”ın lideri Əbu Bəkr Şekauya aid olan audio lentdə Əbu Bəkr əl-Bağdadiyə beyət etdikləri açıqlanıb.

 Yazıda “cihadçıların qüvvələrini birləşdirmək” haqda danışan “Boko Haram” lideri Əbubəkr Şekau “Xəlifəyə beyət edirik. Ümmətin problemlərdən xilas olma yeri Xilafətdir” deyib.

Analitiklər hesab edirlər ki, Nigeriya silahlıları İŞİD-in metodlarından, xüsusən də sosial şəbəkələrdə yayılan videolardakı üsullardan fəal şəkildə istifadə edirlər.

Adı “Qərb tipli təhsil qadağandır” mənasına gələn Boko Haramın bu günə qədər 15 minə yaxın insanı öldürdüyü vurğulanır.

www.yenicag.az

1161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv