Daha bir qurumda əməliyyat: Rəis həbs edilib? – YENİLƏNDİ

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin (AAYDA) “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlunun saxlanılmasına dair məlumat yayılıb.

AAYDA-dan Yenicag.az-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Fikrət Hüseynovun izahatı alınıb. O, hazırda azadlıqdadır”, – deyə məlumatda bildirilib.

***

15:43

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

Yenicag.az xəbər verir ki, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də baş tutub.

Əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.

Hazırda “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.

Qeyd edək ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib.

COP29