!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan samboçusu gümüş medal qazanıb

!Reklam – Yazi

4e57f53cdeaed2d0dc831e835ddc3e4eAzərbaycan samboçusu Amil Qasımov I Avropa Oyunlarının gümüş medalını qazanıb.

74 kq çəki dərəcəsində döşəyə çıxan Azərbaycan samboçusu Amil Qasımov ilk mərhələni azarkeş kimi izləyib.

O, 1/4 finalda Tadey Cutuku (Sloveniya) məğlub edən Kaxa Mamulaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. İlk görüşünü 10:0 hesabı ilə öndə başa vuran idmançımız yarımfinala yüksəlib. Bu mərhələdə də inamlı çıxış edən Qasımov bu dəfə bolqarıstanlı Martin İvanovdan güclü olub – 4:3.

Amil qızıl medal döyüşündə Stepan Popovla (Belarus) qarşılaşıb. Döyüş idmançımızın məğlubiyyəti ilə yekunlaşıb. Ümumi nəticədə 1:3 hesabı ilə uduzan Qasımov görüşün sonunda zədələnib. Bu zaman belaruslu rəqibi əsl peşəkar idmançıya yaraşan hərəkət edərək, tribunalara toplaşan azarkeşlərin alqışını qazanıb. Belə ki, Popov zədədən əziyyət çəkən Qasımovun xalçanı tərk etməsinə yardım edib. Feyr-pley nümayiş etdirən belaruslu idmançı Amili çiyni üzərinə alaraq, onu yarışın keçirildiyi zaldan çıxarıb.Onun bu hərəkəti arenaya toplaşmış azarkeşlər tərəfindən çox müsbət qarşılanıb.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv