Daha bir şəhid anası vəfat etdi – FOTO

Aprel döyüşlərində şəhid olan Sərvan Mehrəliyevın anası vəfat edib.

Yenicag.az xəbər verir ki, bu haqda şəhid qardaşı Elyar İslamoğlu məlumat yayıb. O qeyd edib ki, şəhidin anası Xatirə xanım bu gün dünyasını dəyişib. O, Ağdamda, oğlunun yanında dəfn olunub.

Allah rəhmət eləsin.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü S.Mehralıyev 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.