Daha bir səudiyyəli jurnalist öldürüldü – İşgəncə verilib

Camal Qaşıqçıdan sonra daha bir səudiyyəli jurnalist qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, söhbət Turki bin Əbdül Əziz əl-Casserdən gedir.

“New Khaleej” nəşrinin yaydığı məlumata görə, jurnalist və yazıçı igəncələrə məruz qalaraq həbsxanada öldürülüb.

Qeyd edək ki, Əl-Casser ötən il həbs olunub. O, “Twitter”də“Kashkool” səhifəsində gizli məlumatlar paylaşdığı üçün həbsə atılıb. Həmin məlumatlarda kral ailə üzvləri və vəzifəli şəxslər tərəfindən insan haqlarının pozulması ifşa edilib.

COP29