Daha bir süpürgəçi qadın faciəsi

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniçağ.az-ın Report-a istinadən məlumatına görə, hadisə Bərdə-Tərtər yolunda qeydə alınıb.

Belə ki, Bərdə rayon Yaşıllaşdırma və Təsərrüfat İdarəsinin işçisi, 1954-cü il təvəllüdlü Məlahət Xanlar qızı Yusifovanı sürücüsü hələlik məlum olmayan “NAZ-Lifan” markalı avtomobil vurub. Hadisədən sonra sürücü qaçıb. Qəza nəticəsində M.Yusifova ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Yeniçağ.az