“Jet Airways” aviaşirkətinə məxsus Boeing 737-800 tipli sərnişin təyyarəsi Hindistanın Qoa ştatınındakı hava limanında uçuş-enmə zolağından çıxıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 15 nəfər xəsarət alıb. Ümumilikdə təyyarədə 154 sərnişin olub.
Yaralılara yerində tibbi yarım göstərilib.
Məlumata görə, təyyarə Hindistanın Mumbay şəhərinə uçurmuş.