Daha bir uşaq ölümü baş verdi

Sabirabad rayonunda uşaq ölümü baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Sabirabad rayon Perinatal Mərkəzdə qeydə alınıb.

Belə ki, doğuşdan bir gün sonra Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Fətiyeva Hurə Arif qızının körpəsi ölüb.

Yaxınlarının bildirdiyinə görə, uşaq həkim səhlənkarlığı nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırmalara başlanılıb./APA/

COP29