Daha bir xəstəxananın şöbə müdiri barəsində CİNAYƏT İŞİ başlandı

Hacıqabul Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Doğum Şöbəsinin müdiri Rəfiqə Həmzeyavanın qanunsuz əməlləri barədə cinayət işi başlanıb.

Yenicag.az-ın məlumatına görə, istintaq orqanı R.Həmzəyevaya qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunub.

Təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı başa çatdırılıb və iş baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilib.

Cinayət işi baxılması üçün hakim Həmid Əzizovun icraatına verilib.