Daha bir yaşayış binasında yanğın baş verdi

Bakı şəhərində yaşayış binası yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzilin 1 otağında ev əşyaları 5 kvadratmetr sahədə, 1 ədəd kondisioner və 1 ədəd televizor yanıb.

“Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 3 kvadratmetr sahədə və hamam otağının 1 ədəd plastikdən ibarət qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.