Daha bir yol bağlanacaq

89321“Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq İlqar Məmmədov küçəsindən istifadə etmələri tövsiyə olunur.