Fevralın 25-i gecə saat 22:00-dan etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 5-6 gün müddətinə həmin hissə bağlı olacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur(apa).