Daha bur ölkədə SEL FƏLAKƏTİ – Mumbay su altında qaldı – FOTO

Hindistanın Maharaştra ştatının paytaxtı Mumbayda güclü yağışdan sonra daşqın baş verib.

Yenicag.az İHA-ya istinadən xəbər verir ki, Mumbayda iki gündür davam edən leysan yağışlar səbəbindən şəhərin bir çox məhəlləsi su altında qalıb.

Yollardakı gölməçələr səbəbindən nəqliyyatın hərəkəti iflic olub.

Yağışın bir gün davam edəcəyi bildirilib.

İnsan itkisi və yaralılarla bağlı hələ açıqlama verilməyib.