!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Daha çox fikirləşmək lazım olacaq” - Qurban Qurbanov

!Reklam – Yazi

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında sabah Respublika stadionunda Sloveniyanın “Olimpiya” klubunu qəbul edəcək.

Yenicag.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

“İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, ciddi rəqibə qarşı oynayırıq. Daha çox fikirləşmək lazım olacaq. Bizi çətin və maraqlı oyun gözləyir. Məni yalnız sabahkı görüş maraqlandırır. Diqqətli, ciddi olmalıyıq. Futbolçularıma da rəva bilmirəm ki, artıq növbəti rəqib barədə düşünsünlər. Rəqibin iddialı açıqlamaları sübutdu ki, Bakıya istəklə gəliblər. Bu, onların iddiasını göstərir”.

Xatırladaq ki, “Qarabağ” səfərdə baş tutan ilk oyunda bu rəqibinə 1:0 hesabıyla qalib gəlib. Cavab matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

www.yenicag.az

1551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv