“Daha da dərinə getməliyik” – SOCAR-ın vitse-prezidenti

25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı davam edir.

Yenicag.az Oilgas.az-a istinadən xəbər verir ki, sözügedən konfransda “Səmərəloi fəaliyyət. Yerli geoloji kəşfiyyatın inkişafı” mövzusunda keçirilən paneldə SOCAR-ın Geologiya və Gezofizika Məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov çıxış edib.

Hüseynov çıxışında Xəzər dənizində olan potensialdan söz açıb:

“Hasilatı qoruyub saxlamaq üçün daha da dərinə getməliyik. Bu sahədə böyük işlər görülür. Yeni texnologiyalar sayəsində daha da dərinə gedib rezervlərə çıxa bilərik. Belə bir imkanlar hər bir yataqda var. Potensiallar mövcuddur. Müstəqilliyin ilk illərindən etibarən Azərbaycan iqtisadiyyatı çox dağınıq durumda idi. Heç bir vəsait yox idi. Qərara gəldik ki, hissələri şirkətlərə verək. Özlərini inkişaf etdirsinlər. Bunun üçün SOCAR da cəhd etdi, Azərbaycanda biznes qurmaq istəyən şirkətlər riskləri üzərinə götürdülər. Zamanla doğru siyasət yürütdüyümüzə şahidlik etdik.

Düzdür, bəzi uğursuzluqlar da oldu. Çünki əlimizdə olan texnologiya quyuları qazmağa imkan vermədi. İstənilən halda kəşf prosesləri davam edir. SOCAR ən gərgin quyulardan birini qazdı. Rezevlər yüksək təzyiq çərçivəsində həyata keçirilir. Hələ də böyük bir potensiallar var. Realibitasiya üçün imkanlar çox böyükdür. Şirkətlər bir araya gələ, daha çox hasilət əldə edə bilərlər”.

COP29