Daha iki general həbs edildi – Mayor öldürüldü

iki ordu generaliiTürkiyədə hərbi çevriliş cəhdinə görə ikici ordu komandanı, ordu generalı Adəm Huduti və qarnizın komandanı general-mayor Avni Anqun saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Bildirilib ki, generallar Malatyada keçirilən əməliyyat zamanı tutulublar. Onlar hakimiyyətə qarşı hərçi çevriliş cəhdində ittiham olunurlar.

Digər məlumata görə, əməliyyat zamanı mayor Fatih Kılınç öldürülüb.

Məlumat üçün bildirək ki, qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriya istiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.