Daha iki məntəqə ruslardan geri alındı

Ukrayna ordusu Xarkov vilayətinin Ruska Lozova kəndini və Xarkovdan 6 kilometr aralıda yerləşən Momotovo qəsəbəsini azad edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Momotovo Kutuzovka ilə birlikdə azad edilib.

Qeyd edək ki, Ruska Lozova kəndi Xarkov-Belqorod xətti üzərində yerləşir və xüsusi strateji önəm daşıyır.