!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha iki məşhur Azərbaycanın qara siyahısından çıxarıldı

!Reklam – Yazi

95517_9v4ownve1xRusiyalı musiqiçilər Timur Temirov və Soso Pavliaşvili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər.

Bu barədə Axşam.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bir müddət bundan əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Timur Temirovun isə işğal olunan ərazilərimizdə yaradılmış qondarma rejimin təşviqi ilə məşğul olması barədə məlumatlar verilib:

“Məktubda onlar, həmçinin Azərbaycan xalqına, onun mədəniyyəti və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini və ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər”.

Timur Temirov və Soso Pavliaşvilinin müraciətləri müvafiq qaydada nəzərdən keçirilib və Azərbaycan ərazisinə daxil olmaq üçün icazə verilib.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv