!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha iki ölkədə koronavirus dəhşəti - İlk yoluxma qeydə alındı

!Reklam – Yazi

İspaniyada və İsveçdə yeni “2019-nCoV” koronavirusuna ilk yoluxma hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə  hər iki ölkənin Səhiyyə Nаzirliyi məlumt yayıb.

İspaniyanın Səhiyyə Nаzirliyinin yaydığı məlumatda bildirib:

Beş alman turistindən ikisi Almaniyada koronavirus aşkarlandığı şəxslərlə ünsiyyətdə olublar. Alman həkimlər ispaniyalı həmkarlarına bu barədə xəbərdarlıq ediblər.  Bundan sonra onlar Homera (Kanar adaları) adasının klinikasında karantində olublar və analizlər Madriddəki III Karlos İnstitutuna göndərilib. Analizlərdən biri müsbət nəticə verib. Virusun aşkarlandığı turist ətraf aləmdən təcrid olunub.

İsveçin İctimai Səhiyyə Agentliyinin məlumatına əsasən isə virusa yoluxma faktı Yençepinqedə, Rıhov dairəsi xəstəxanasında qeydə alınıb.

Məlumata görə, koronavirusa yoluxan yanvarın 24-də Çinin Uhan şəhərindən səfərdən qayıdan qadındır.

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv