Daha iki türk hərbçi şəhid oldu – FOTOLAR

Türkiyənin iki hərbçisi İraqda şəhid olub.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, İraqın şimalında yerləşən Haftanin bölgəsində keçirilən anti-terror əməliyyatları zamanı bir mühafizə xidmətçisi və bir çavuş şəhid olub. Piyada alayından çavuş Bayram Günayın şəhid olduğu xəbəri doğulduğu Ədirnə şəhərində böyük hüznlə qarşılanıb.

Nazirlik hər iki şəhidin ailəsinə və yaxınlarına başsağlığı verib.