Daha üç aktyor “Diriliş Ertuğrul”dan gedir

Məşhur serial “Diriliş Ertuğrul”dan daha üç aktyor ayrılır.

Yenicag.az xəbər verir ki, çərşənbə günlər izləyicilərin qarşısına çıxan serialın yeni fraqmanı yayımlanıb. Bu həftə yayımlanacaq bölümdə aktyor Ares obrazını canladıran Cemal Hünal, Titan obrazı – Ogün Kaptanoğlu və Atsıs bey -Orhan Kılıç sevənlərinə vida edəcək.

Bu bölümdə izləyicilər Ertuğrul Beyin çox istədiyi Karacahisar Qalasını ələ keçirdiyini və Tekfur Aresin başını kəsərək obaya geri qayıtdığının şahidi olacaqlar.