Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Daima birgə hərəkət etməliyik" - İbrahim Ərdoğan

“Beynəlxalq Media Forumu Türkiyə-Azərbaycan münasibətləri, iki dövlətin media qurumları arasındakı əlaqə baxımından çox önəmlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Bakıda iyulun 21-də baş tutan Beynəlxalq Media Forumunda iştirak edən “Haber7.com” xəbər portalının baş redaktoru İbrahim Ərdoğan bildirib.

Azərbaycanla Türkiyə arasındakı münasibətlərin ləng inkişafına FETÖ terror təşkilatının səbəb olduğunu deyən İbrahim Ərdoğan qeyd edib ki, FETÖ-nün Azərbaycan və Türkiyə şəbəkələrinin aradan qaldırılması üçün işlər aparılır:

“Bir millət olduğumuz azərbaycanlı qardaşlarımızla münasibətlərimizi, əlaqələrimizi gücləndiririk. Hər sahədə əlaqələrimizi gücləndiririk. Türkiyə son zamanlar çox güclənən bir ölkədir, dünyanın ən böyük iqtisadi mərkəzlərindən birinə çevrilib. Artıq Türkiyə dünyada sözü keçən bir dövlətdir. Azərbaycan neft-qaz yataqları baxımından dünyanın ən önəmli enerji mərkəzlərindəndir. Azərbaycanla Türkiyə bir millət iki dövlətdir. Buna görə də, daima birgə hərəkət etməliyik. Bu yöndə atılan addımları daha da sıxlaşdırmaq lazımdır. İki dövlət arasındakı münasibətlərin daha da möhkəmlənməsində bizim də rolumuz olacaqsa, buna şad olarıq. Bu səbəbdən də Bakıda keçirilən Foruma qatıldıq”.

Medialar arasındakı əlaqə və birgə fəaliyyətlə bağlı isə İbrahim Ərdoğan qeyd edib ki, Azərbaycanda baş verən olaylara Türkiyə mediası daim reaksiya verir, ancaq bəzi problemlərimiz var:

“Azərbaycan və Türkiyə media qurumları arasındakı əlaqə, eləcə də tərəfdaşlarımızın seçimi baxımından problemimiz var idi. Bir neçə il öncə bu problemi aradan qaldırdıq. İstər dövlət, istərsə də, özəl media qurumları ilə çox yaxın əlaqələrimiz var. Bizi bu Foruma dəvət edən “Yeni Çağ” Media Qrupu tərəfdaşlarımızdan biridir. Təklif ediləndə düşünmədən gəldik. İki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün əlimizdən nə gəlirsə, edəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

2123
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS