Daimi soyuq ayaqlar nədən xəbər verir?

Almaniya həkimləri, insanın immunt sisteminə mənfi təsir edən amillər və vərdişləri açıqlayıblar.

Yenicag.az xəbər verir ki, onlar hesab edir ki, bədənin müdafiə sisteminin əsas düşmənlərindən biri siqaret çəkrməkdir. Çünki siqaret tüstüsü bronxları zədələyir, ağciyərdən zəhərli maddələrin çıxarılmasının qarşısını alır. Bu prosesə spirtdən müntəzəm istifadə də mənfi təsir göstərir.

Mütəxəssislər, immunitetin zəif olmasının həm də ayaqyalın gəzməklə bağlı olduğunu vurğulayıblar. Onlar hesab edir ki, ayaqların daim soyuq olması qan dövranının zəif olması ilə bağlıdır. Bu, zərərli mikroorqanizmlərin çoxalmasına şərait yaradır.

Bundan əlavə, gec yatmaq, daimi stress və yüksək kalorili qidalar da immun sistemə əngəl yaradır.
Belə ki, bu hala orqanizm infeksiyaya olan reaksiya kimi cavab verir. Daimi yüklənmə və stress nəticəsində zamanla immun sistemi “tükənir”. (e-tibb.az)

COP29