!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DAK həmsədrindən İdarə Heyətinə SƏRT SÖZLƏR - "Fəaliyyətsiz İH bundan da geridə qalır"

!Reklam – Yazi

“Dünya Azərbaycanlıları Konqresi dünyada yaşayan azərbaycanlıların doğma təşkilatına çevrilsə də, Beynəlxalq siyasi aləmdə özünün hələ də layiqli yerini tapmayıb, beynəlxalq təşkilatlar arasında öncül söz sahiblərindən birinə çevrilə bilməyib”.

Yenicag.az xəbər verir ki, bunu Dünya Azərbaycanlıları Konqresinin həmsədri Firudin Pərviz Nian DAK İdarə Heyətinin üzvləri və fəallarına müraciətində qeyd edib.

O, buna səbəb olaraq maddi çətinliyi və Milli Birliyin hələ də yetərsiz olmasını göstərib:

“Millətin Vətən Müharibəsi – 44 günlük mübarizədə bir yerdə olması, Qarabağın – vətən torpaqlarının düşməndən azad olunması dünyanın bu gününün, sabahının əbədi mövzusuna çevrildi. Biz bir olanda istədiyimiz hədəfləri asanlıqla dəf edə bilirik!”

“DAK-ın həmsədri hörmətli Sabir Rüstəmxanlı bəyin Vətən Müharibəsi dövründə birliyimizə güc verən yaradıcılığı, partiyadaşlarının müharibə iştirakçıları olması da təşkilatımız adına uğur sayılacaq işlərimizdəndir.

Arxa cəbhədə DAK adından yaralanmış əsgər və zabitlərimizə öz hesabına maddi yardımlar göstərmiş Avropa Nümayəndəliyi rəhbəri Əli Hacı Ağaevlini və arxa cəbhənin ən fədakar nümayəndəsi sayılacaq, döyüş bölgələrini addım-addım gəzən DAK-ın İcra Aparatının rəhbəri Samir Adıgözəllini qururla göstərə bilərik. Biz də öz növbəmizdə Almaniya və Avropa televiziya və informasiya vasitələrində müntəzəm olaraq Azərbaycanın haqq səsini Dünya ictimaiyyətinə çatdırmışıq”, – deyə həmsədr müraciətində bildirib.

DAK həmsədri Zəlimxan Məmmədli istisna olmaqla DAK İH-nin öz üzərinə düşən vətəndaşlıq fəallığından geridə qaldığını vurğulayıb:

“Yalnız qurultaylar və konfranslar vaxtı yada düşən idarə heyəti faktiki heç bir fəaliyyət göstərməyib. Onların belə bir beynəlxalq təşkilatda yer almaqları qururverici olsa da, təşkilatın fəaliyyətinə heç bir yardımları dəyməyib”.

Firudin Pərviz Nianın sonda millət olaraq Cənubi Azərbaycan məsələsində də proseslərin getməsinə nail oluna bilinmədiyi deyib.

“42 milyonluq Cənubi Azərbaycanımızın haqlarının tanınması mövzusunun gündəmdən çıxmasına imkan verməməliyik.”

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv