!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dalga Beach Aquapark Resort”: İstirahət, yoxsa soyğunçuluq məkanı?

!Reklam – Yazi

Yay fəslində istirahət üçün dəbdəbəli məkanları seçən Bakı sakinləri kifayət qədərdir. Ancaq təəssüflər olsun ki, bəzən vətəndaşlar getdikləri məkanlarda xoşagəlməz hallarla qarşılaşırlar.

İstirahət mərkəzində qiymətlərin bahalı, göstərilən xidmətin isə aşağı olması şəhər sakinlərini narahat edən ən vacib məsələdir.

Yenicag.az xəbər verir ki, Mərdəkanda yerləşən “Dalga Beach Aquapark Resort”la bağlı da narazılıqlar artıb.
Sözügedən məkanın “facebook” səhifəsindəki qiymətləndirmə bölməsinə nəzər yetirəndə də, bu məsələ öz təsdiqini tapır.

Sizi vətəndaşların şikayət etdiyi məqamlarla tanış edirik:

Nailə Azadə adlı xanım yazır ki, məkan səviyyəlidir, amma qiymətlər ürəkaçan deyil:

“Çox səviyyəli, möhtəşəm yerdi. Amma hər şeyin o qədər baha olması bir az ürəkaçan deyil. Giriş 35 və ya 50 manatdırsa, niyə maşınların parkinq yeri ödənişlidir? Əgər bu qədər yüksək qiymət varsa, niyə adi 40 qəpiklik suyun qiyməti 3.50 manatdır? Burada 2 AZN-ə aldığın meyvə suyu 4-5 manata satılır. Yemək qiymətlərində kabablar yenə çox baha deyil, amma pizza ölçüsünə və dadına görə şişirdilmiş qiymətlərlə satılır. Ya girişin qiymətini salın ki, bizimkilər daha çox gəlsin (içəridəki bahalıqdan onsuz da qazanırsız). Ya da o yeməyin, suyun qiymətini salın. Girişin qiyməti onsuz da bahadır. “Amburan”da həftə içi keçirilən oyunlar da maraqlıdır. Amma sizdə əyləncə qismi çox maraqsız və demək olar ki, yox kimi bir şey idi. Fikirlərimi nəzərə alsanız, sevindirici hal olardı”.

Əsmər Mehralıyeva da sözügedən məkanın təhlükəsizlik xidmətinin əməkdaşlarından narazılığını bildirir:

“İçəri girən kimi bizi təhlükəsizlik sisteminin nümayəndələri qarşıladı. Elə bil ki, çantamızda təhlükəli bir əşya daşıyırmışıq kimi rəftar etdilər. Danışıq səviyyələri və müraciət formaları sıfır. Bundan əlavə, qiymətlər dəhşətli dərəcədə bahadır. 8 ədəd Sirab, 6 ədəd “ice tea” və bir çaynik yaşıl çay üçün bizdən 79 AZN aldılar. Bu qədər də olmaz da. Bunları çıxsaq əgər, istirahət üçün rahat bir yerdir”.

Əliyev Pərviz də qiymətlərin baha olmasından şikayətçidir:

““Dalga Beach Aquapark Resort” demək olar ki, yaxşıdır. Amma qiymətlər çox bahadır. İnsaf da yaxşı şeydir”.

Rüstəm Rüstəmzadə isə personala görə qonaqlarının yanında utandığını deyir:

“Çox pis personal var. Qonaqların yanında adamı biabır edirlər”.

Aydan Abdullayeva isə bir daha ora getməyəcəyini bildirir:

“Heç bəyənmədim. Müştəri xidməti bərbaddır. Bir də ora ayağımı basmaram”.

Kənan Mamedov isə irqçiliyə görə narahatdır:

“Xarici vətəndaşlara fərqli qiymət göstərilməsi rəsmən irqçilikdir. İllərdir xarici ölkədə yaşayırıq, amma heç vaxt hansısa məkanda bizə fərqli qiymət göstərilməyib”.

Fateh adlı istifadəçi isə telefonlarına cavab verilmədiyini bildirir:

“Bu gün 3 saat ərzində 5 dəfə zəng etməyə çalışdım. Amma hər dəfə telefonun dəstəyini götürüb yenidən yerə qoydular”.

Məlahət Muradova isə liftin nasazlığından giley edir:

“Liftin işığı yanmır. Neçə dəfə demişəm, amma maraqlanan yoxdur”.

Fərid adlı istifadəçi də xidmət səviyyəsinin sıfır olduğunu bildirir. O, bu qiymətə görə “Dalga Beach Aquapark Resort”a getməyə dəyməz deyir.

Fərid Məmmədov isə sözügedən məkanda gördüyü biabırçılıqlardan söz açır:

“Bəyənmədik. Çox bahadır. Ailəvi istirahət üçün qəti uyğun deyil. Kobud, ucadan danışan və qışqıran, hovuzda paltarla üzən, küçə ayaqqabılarında hovuzların yanında gəzən əsasən İraq, İran və Pakistandan gəlmiş yüzlərlə kişi turistləri. VIP zonada özlərini ədəbsiz aparan cütlüklər. Əsasən faydasız inzibati və texniki heyət. Bir daha getməmək qərarına gəldik”.

Əli Əliyev: “Ailə ilə gedilə bilən yer deyil”.

“Dalga Beach Aquapark Resort”dan təkcə azərbaycanlılar deyil, əcnəbilər də şikayətçidir. Məsələn, Yelena Can adlı xanım sözügedən istirahət məkanını heç kimə məsləhət görmür:

“Buraya 2 il əvvəl getmişdik. Normal, təmiz bir yer idi. Bu il isə bərbaddır. Qaydalara heç kim əməl etmir. İranlı xanımlar paltarla hovuza daxil olurlar. Fikrimcə, sağlamlıq baxımından bu, doğru deyil. Əsla bir daha bura gəlmərik. Heç kimə də məsləhət görməyəcəyik!”.

Vlad Nekrasov da personaldan və qiymətlərdən şikayətlənir:

“Bəyənmədim. Əvvəlcə saytda girişin 25 manat olduğunu yazıblar, gedəndə isə 35 AZN aldılar. Personal rus və ingilis dilində bilmir. Qiymətlər bahadır. Göstərilən xidmətə görə o pulu verməyə dəyməz”.

Paşa və Xalid adlı şəxslər isə telefonlara cavab verilmədiyini bildirirlər:

“Xidmər çox zəifdir. Məlumat üçün zəng edirik cavab verən olmur. Dəstəyi götürəndə də kobud cavab verirlər”.

Yenicag.az

www.yenicag.az

3793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv