Damarını doğrayan seyf oğrusunun son halı

Nərimanov Rayon Polis İdarəsinin (NRPİ) müvəqqəti saxlama məntəqəsində intihara cəhd edən Cavid Əliyevlə bağlı xəbər var.

Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən həmin şəxsin vəziyyəti yaxşıdır.

Belə ki, Rayon Polis İdarəsinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralı evə buraxılıb.

Yeniçag.az-ın xəstəxanadan aldığı məlumata görə, yaralıya ilk tibbi yardım göstərilib, o bu dəqiqələrdə evə buraxılıb.

Cəvahir