Müğənni Damla Xəzər TV-nin rəhbəri Murad Dadaşov tərəfindən ona qoyulan efir qadağasından xəbərsizdir.
Bunu müğənninin sözçüsü Əfruzə Ağayeva Yenicag.az-a açıqlamasında bildirib:
“Xəbərin mənbəyi Xəzər TV-dir? Mənbə yoxdursa xəbər əsassızdır. Biz məlumatsızıq. Damla xanımın Murad Dadaşovla çox yaxşı münasibəti var. Şayiələr, dedi-qodular əsasında yazılıbsa, deməli, xəbər əsassızdır”.
Qeyd edək ki, Xəzər TV-nin rəhbəri Murad Dadaşovun müğənnilər – Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova və Damlaya efir qadağası qoyması ilə bağlı xəbərlər yayılıb.
Cəvahir