Dananı yeyən piton boğulub öldü – VİDEO

Taylandda pitonun nəfsi onun sonunu gətirib.

Yenicag.az xəbər verir ki, 2 yaşlı dananın itdiyini görən kəndli onu axtarmağa başlayıb.

Axtarış edən kəndli gördüyü mənzərə qarşısında şok olub.

Belə ki, o, 4,5 metrlik pitonun dananı yediyini görüb. Maraqlısı isə budur ki, dananı yedikdən sonra pitonun mədəsi partlayıb və ölüb.

Həmin videonu təqdim edirik: