!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DANİB “Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması” layihəsi çərçivəsində təlim təşkil edib

!Reklam – Yazi

14429392_10154134887968645_2064216240_nDemokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) “Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması üzrə təlimlər” adlı layihəsi çərçivəsində 4 günlük təlim təşkil edib. Təlimin açılış mərasimində çıxış edən DANİB sədri Elməddin Behbud təşkilatın fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihələrdən və dövlət gənclər siyasətindən danışıb. DANİB sədri gənc nəslin müasir və müstəqil Azərbaycanın qurulmasında yaxından iştirak etdiyini qeyd edib.

Behbud hazırda həyata keçirdikləri layihənin GF-nin dəstəyi ilə həyata keçirdikləri 5-ci layihə olduğunu qeyd edib.

14458992_10154134888033645_596910458_nLayihənin gənclərin şəbəkələşməsi və regionlarda mövcud olan problemlərin həlli üçün resursların birləşdirilməsi ilə daha effektiv həlli yolunun tapılması baxımından əhəmiyyətini vurğulayan təşkilat sədri gəncləri fəal olmağa çağırıb: “Təlimdə iştirak etmək üçün ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan 300-ə qədər gənc müraciət etmişdi ki, bu da onların layihəyə olan böyük marağını göstərir. Düşünürük ki, regional təşəbbüs qrupları həm yerləşdiyi bölgədə gənclərin ictimai aktivliyinin güclənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin fəallığının artırılmasına və həm də gənclər arasında mübadilə və qarşılıqlı əməkdaşlıq imkanlarının yüksəlməsinə, onların resurslarını birləşdirməsinə müsbət töhfə verə bilər”.

14442838_10154134888013645_906513268_nÖlkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil etdiyini deyən təşkilat sədri dövlət gənclər siyasətinin məqsədinin ölkə gənclərinin hərtərəfli inkişaf etdirilməsi olduğunu bildirib.

14080866_10154134887923645_1973451512_nAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov dövlətin gənclərə olan qayğısından söz açaraq təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. O. Ərəbov gəncləri dövlətin yaratdığı müasir imkanlardan istifadə edərək cəmiyyət üçün faydalı ola biləcək layihələrlə Fonda müraciət etməyə çağırıb.

14371816_10154134888023645_1628973664_n“Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması üzrə təlimlər” layihəsi çərçivəsində keçirilən təlimdə ölkənin müxtəlif regionlarını təmsil edən (Samux, Lənkəran, Göyçay, Gəncə, Saatlı, Füzuli, Beyləqan, Mingəçevir, Ucar, Salyan, Ağstafa, Biləsuvar) 20 gəncə 4 gün müddətində qeyri- formal təhsil üsulu ilə vətəndaş cəmiyyətinin əsas ünsürlərindən olan təşəbbüs qruplarının yaradılma məqsədi, fəaliyyət dairəsi, vəzifələri və gənclərin ictimai təşəbbüskarlığının artırılmasındakı rolu haqqında zəruri məlumatlar verilib.

Təlimin sonunda iştirakçılara Sertfikatlar təqdim olunub. Qeyd edək ki, layihəylə bağlı sosial şəbəkələrdə gənclər tərəfindən xeyli sayda rəylər yazılıb və paylaşımlar edilib.

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv