!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DANİB yeni layihəyə start verdi

!Reklam – Yazi

1608552_nDANİB-in “Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması üzrə təlimlər” adlı layihəsi çərçivəsində təşkil olunan təlimin açılış mərasimi keçirilib.

Toplantını giriş sözü ilə açan DANİB sədri Elməddin Behbud təşkilatın fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihələrdən və dövlət gənclər siyasətindən danışıb. Layihənin gənclərin şəbəkələşməsi və regionlarda mövcud olan problemlərin həlli üçün resursların birləşdirilməsi ilə daha effektiv həlli yolunun tapılması baxımından əhəmiyyətini vurğulayan təşkilat sədri gəncləri fəal olmağa çağırıb.

Dövlət gənclər siyasətinin məqsədinin ölkə gənclərinin hərtərəfli inkişaf etdirilməsi olduğunu qeyd edən E.Behbud DANİB-in indiyədək Gənclər Fondunun dəstəyi ilə icra etdiyi layihələrdən bəhs edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov dövlətin gənclərə olan qayğısından söz açaraq təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, “Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması üzrə təlimlər” layihəsi çərçivəsində keçirilən təlimdə ölkənin müxtəlif regionlarını təmsil edən (Samux, Lənkəran, Göyçay, Gəncə, Saatlı, Füzuli, Beyləqan, Mingəçevir, Ucar, Salyan, Ağstafa, Biləsuvar) 20 gəncə vətəndaş cəmiyyətinin əsas ünsürlərindən olan təşəbbüs qruplarının yaradılma məqsədi, fəaliyyət dairəsi, vəzifələri və gənclərin ictimai təşəbbüskarlığının artırılmasındakı rolu haqqında iştirakçılara zəruri məlumatlar veriləcək.

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv