Danimarka 15 rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Ukraynanın Buça şəhərində rus ordusunun həyata keçirdiyi kütləvi qətliamlar və müharibə cinayətləridir.
Sözügedən 15 diplomatın ölkədən xaric ediləcəyi bildirilir.
Qeyd edək ki, Danimarkanın bu addımına Kremldən reaksiya gecikməyib. Bildirilib ki, danimarkalı diplomatlara qarşı da eyni addım atılacaq.