!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Danimarka Almaniya ilə sərhəddə hasar tikir - SƏBƏB

!Reklam – Yazi

Danimarka Almaniya ilə sərhəddə uzuluğu 70 kilometr, hündürlüyü 1,5 metr olan divar tikintisinin başlanması ilə bağlı qərar verib.

Yenicag.az xəbər verir ki, bu barədə Danimarkanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi informasiya yayıb.

Yayılan məlumatda buna səbəb kimi Danimarkadakı ev donuzlarının Almaniyadan gələn və Afrika taunu virusunun yayılmasına səbəb olan çöl donuzlarından qorunması göstərilib.

Bildirilib ki, tikintisinin 2019-cu ildə yekunlaşacağı planlaşdırılan hasarın dəyəri 11 milyon avro təşkil edəcək.

Mütəxəssislər bu yolla heyvanlar arasında mümkün xəstəliyin qarşısının alına biləcəyini hesab etsə də, ekoloqlar hasarın maral, canavar, tülkü və digər heyvanların miqrasiyasına maneə yaradacağını iddia edir.

 

www.yenicag.az

1720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv