Danimarka altı F-16 təyyarəsini Ukraynaya təhvil verdi

Danimarka Ukraynaya 6 ədə “F-16” qırıcısı təhvil verib, Kopenhagen Kiyevə daha 13 təyyarə tədarük etməyi planlaşdırır.

Yenicga.az xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Freferiksen deyib.

“F-16-larla ilə bağlı planlarımız dəyişməyib. <…> Altı [F-16] artıq çatdırılıb – bu, ilk partiyadır. <…> Sonra başqa bir partiya olacaq, cəmi 19 ədəd [F-16] təşkil edəcək”, – deyə o bildirib.

Danimarkanın baş naziri Kiyevə “birbaşa Ukraynanın müdafiə sənayesinə” 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb./Trend/

COP29