Danimarka həyəcan axtarır – Suriyaya əsgər göndərəcəklər – FOTO

Avropanın steril ölkəsi adlandırılan Danimarka İŞİD əleyhinə koalisiyaya dəstək olmaq məqsədiylə Suriyaya əsgər göndərəcək. ABŞ isə Danimarkanın bu qərarından məmnundur. 

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Danımarkanın baş naziri Mette Frederiksen açıqlama verib.

O, İŞİD əleyhinə koalisiyaya qarşı Suriyanın şimalına 14 nəfərlik hərbi həkim, ABŞ donanmasına dəstək məqsədiylə 1 hərbi tabor, 1 döyüş gəmisi və 4 döyüş təyyarəsi göndərəcəklərini bildirib.

Pentaqon sözçüsü R. Hoffman da açıqlama verib: “Danimarkalı ortaqlarımız Suriyanın şimal-şərqində sabitlik və təhlükəsizlik yaratmaq üçün ABŞ hərbi qüvvələri ilə birgə fəaliyyətdə olacaq”.

Qeyd edək ki, ötən il Donald Tramp Suriyadakı ABŞ əsgərlərinin çoxunu geri çəkərək, ölkənin şimal-şərqində təhlükəsiz bölgə quracağını bildirib. Bundan sonra Pentaqon və ABŞ Xarici İşlər Nazirliyi Trampın təhlükəsiz bölgə planına dəstək verilməsi üçün Avropa ölkələrinin qapılarını döyüblər. Ancaq Avropa ölkələrinin əksəriyyəti qeyri-müəyyən ABŞ strategiyasından dolayı bu təklifə müsbət yanaşmayıb.

Firuzə Alimova