Danimarkanın logistika şirkəti Rusiya bazarını tərk etdi

Danimarkanın gəmiçilik və logistika şirkəti “Maersk” Rusiya bazarını tərk edib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynaya hərbi təcavüz etməsidir.

Bildirilir ki, sözügedən şirkət Rusiyanın “Global Ports” holdinqində 60 faiz səhmə malik idi.