Danışığını bilməyən aparıcı ağzını bantladı – FOTO

Hər çıxışı qalmaqala yol açan Türkiyənin tanınmış aparıcısı Mehmet Əli Ərbil danışmamaq üçün maraqlı üsula əl atıb.

Yenicag.az “Hürriyet”ə istinadən xəbər verir ki, Ərbil jurnalistlərin suallarını cavablandırmamaq üçün ağzını bantlayıb.

Şumenin yerinə sualları onun dostu cavablandırıb.

“Artıq danışması qadağandır. Danışmasa, daha yaxşıdır, hər yerdə gündəmə gəlir”, – deyə Ərbilin dostu bildirib.

Qeyd edək ki, şoumen sonuncu dəfə qatıldığı mükafat gecəsində aparıcıya, “Çox gözəlləşmisən. Toxunduğum hər kəs məşhur olur. Bir sənə dəydirməmişəm əlimi”, – deməsi ilə gündəmə gəlmiş, bununla bağlı tənqid edilmişdi.