!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Danışıqlar dalanda, hərbi ritorika ön planda: “Bizə başqa seçim variantı buraxmırlar” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Sülh deyirik istəmir, inteqrasiya deyirik qəbul etmir. Separatçı qurum revanşist bəyanatlarla axıra qədər döyüşəcəklərini deyir”.

Bunu Ermənistanın sülh yox, gərginlik yolunda atdığı addımların nəticələnə biləcəyi proseslərdən danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, hazırda siyasi danışıqların dalana dirəndiyi, hərbi ritorikanın ön planda olduğu mərhələdəyik:

“Qarşı tərəf bizə başqa seçim variantı vermir. Sülh deyirik istəmir, inteqrasiya deyirik qəbul etmir. Separatçı qurum revanşist bəyanatlarla axıra qədər döyüşəcəklərini deyir. Digər tərəfdən, Ermənistan Azərbaycanı İranla müharibəyə təhrik edir. Avropa İttifaqı Fransa öncəliyi ilə Rusiya-Azərbaycan münasibətlərini pozmağa çalışır.

Qarabağda mərhələli şəkildə istəklərimizə nail olacağıq. Anti-terror əməliyyatlarının keçirilməsi legitim hüququmuzdur. Ermənilər bunu istəmirsə, qanunsuz hərbi birləşmələri bölgədən uzaqlaşdırmalıdır. Hər müharibənin sonu olduğu kimi, bu da sonlanmalıdır. Gələcək mərhələdə isə inteqrasiya prosesinə başlanmalıdır, sülh imzalanmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv