Danışıqlar qadağan edildi: Pezeşkian istefa verəcək?

İran Prezidenti Məsud Pezeşkian istefa verəcəyi barədə məlumatları təkzib edib və axıra kimi vəzifəsini icra edəcəyini deyib.

Yenicag.az xəbər verir ki, o, dünən bu barədə Buşəhrdə çıxışı zamanı bildirib.

“İslamın, dinimizin, məmləkətimizin şərəf və qüruru üçün çalışıram və sona qədər qalacağam”, – o vurğulayıb.

Pezeşkianın bu sözləri Əli Xameneinin Amerika ilə danışıqları qadağan etməsindən və prezidentin istefa verəcəyi barədə xəbərlərin yayılmasından sonraya təsadüf edir.