DANX-da yüksək vəzifəyə TƏYİNAT – FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) yeni təyinat olub.

Yenicag.az xəbər verir ki, Anar Rzayev DANX-ın yeni rəis müavini təyin edilib.

Qurumun mətbuat katibi Nuridə Allahyarova faktı Trend-ə təsdiqləyib.

Qeyd edək ki, A.Rzayev indiyə qədər müxtəlif xarici nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.