Dariya Trepova hərbi müxbir Tatarskinin qətlində təqsirli bilinib və ona bu gün hökm oxunub.
Yenicag.az xəbər verir ki, İkinci Qərb Dairə Hərbi Məhkəməsi Sankt-Peterburq kafesində hərbi müxbir Vladlen Tatarskinin (əsl adı Maksim Fomin) ölümü ilə nəticələnən terror aktı törətmiş 26 yaşlı Darya Trepovaya hökm oxuyub.
Məhkəmə Tatarskinin öldüyü terror aktına görə Trepovanı 27 il müddətinə azadlıqdan məhrum edib.
O, Rusiya tarixində qadına görə ən uzun cəza alan ilk qadındır.
Trepova Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirli bilinib.
Xuraman Etibarlı