Daş karxanasında FACİƏ – Gənc işçi öldü

Bakıda daş karxanasında çalışan kişi faciəvi şəkildə ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır./Report/