Daş karxanasında yanğın – Ustanın meyiti tapıldı

yangin2-431x300rt37Bakıda daş karxanasında yanğın olub.

Hadisə yanvarın 1-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən daş karxanalarından birində baş verib.

Ümumi sahəsi 14 kvm. olan yardımçı otaqda yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada usta işləmiş Ağcabədi rayon sakini Abbas Aslanovun yanmış meyiti tapılıb.(Aznews)