Daşınmaz əmlak bazarında MÖVSÜMİ CANLANMA: Bu evlərin qiymətləri artacaq

“Bu il ötən illə müqayisədə fərdi həyət evlərinin satışına daşınmaz əmlak satışı həyata keçririlən saytlarda daha çox rast gəlmək mümkündür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yay fəsli öncəsi daşınmaz əmlak bazarında yaranan canlanma haqda danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, hər il mövsümi olaraq may ayından avqustun sonuna qədər fərdi həyət evləri, torpaq sahələri və bağ evlərinə tələbat artır:

“Hər il mövsümi olaraq may ayından avqustun sonuna qədər fərdi həyət evləri, torpaq sahələri və bağ evlərinə tələbat artır. Təbii ki, həmin mövsüm zamanı müştəri çoxluğu olduğuna, tələbat artdığına görə, qiymətlərdə də müəyyən dərəcədə artımlar müşahidə oluna bilir. Bu il ötən illə müqayisədə fərdi həyət evlərinin satışına daşınmaz əmlak satışı həyata keçirilən saytlarda daha çox rast gəlmək mümkündür. Bu mənzilləri satan insanların bir qismi öz evlərini, digərləri isə mənzili alıb təmir, tikinti aparan şəxslərdir ki, onlar da mövsüm yaxınlaşdıqca evləri satışa hazır vəziyyətə gətirərək satışa çıxarırlar”.

Ekspert qeyd edir ki, satışda qalan torpaq sahələrinin qiymətlərində isə ciddi artım müşahidə edilir:

“Ümumi baxsaq, Bakı və Abşeron ərazilərində artıq fərdi həyət və bağ evləri üçün yararlı torpaq sahələri demək olar ki, qalmayıb. Satışda qalan torpaq sahələrinin qiymətlərində isə ciddi artım müşahidə edilir. Sənədli, yaxud sənədsiz evlərə baxsaq, çıxarışsız evlərinin satış qiyməti ortalama 20-25 min manatdan başlayaraq, minimum 70-80 min manata qədər dəyişə bilir. Çıxarışlı mənzillər isə bundan baha qiymətə təklif olunur”.

Mütəxəssis əlavə edib ki, hazırda alıcıların əksəriyyəti çıxarışlı əmlaklara üstünlük verirlər:

“Mövsüm yeni başladığı üçün bəlli zamandan sonra əmlak bazarında müştəri bolluğu müşahidə olunacaq. Təbii ki, müştəri bolluğu ümumi olaraq iqtisadi vəziyyətdən baxsaq, ölkə üçün çox səmərəlidir. Lakin hazırda alıcıların əksəriyyəti çıxarışlı əmlaklara üstünlük verirlər.

Digər tərəfdən, həmin yaşayış evlərinin ərazilərdə yaşayış massivləri o qədər sıx formada tikilib ki, artıq həmin ərazilərdə ciddi tıxaclar müşahidə olunur. Bu da vətəndaşların öz əmlaklarını sataraq, daha rahat ərazilərə köçməsi ilə nəticələnə bilir”.

İsmayıl Bakuvi

COP29