!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Daşınmaz əmlak bazarında qiymətlər o zaman azalacaq ki…” – Ekspert rəyi

!Reklam – Yazi

dolarManatın devalvasiyaya uğraması daşınmaz əmlak bazarına da təsirsiz ötüşmədi. Qiymətlər müəyyən qədər aşağı düşdü. Bəs görən 2017-ci il üçün daşınmaz əmlak sektorunda qiymətlər necə olacaq?

Məsələ ilə bağlı Yeniçağ.Az-a münasibət bildirən daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib ki, 2017-ci il üçün indidən proqnoz vermək çətindir. Onun sözlərinə görə, hazırki vəziyyət məlumdur, amma gələn il üçün müəyyən dəyişikliklər ola bilər: “Məsələn, neft ixrac edən ölkələrin hasilatı azaltması daşınmaz əmlak bazarında qiymətləri müəyyən qədər artırıbdır. Proqnozlar var ki, gələn ilin may ayına qədər neftin qiyməti 70 dollara qədər qalxa bilər. Belə olan halda Azərbaycanın iqtisadi vəziyyətinin müsbətə doğru dəyişmək ehtimalı var. Bu da daşınmaz əmlak, şəhərsalma və infrastruktur layihələrinə ayrılan vəsaitlərə müsbət təsir edə bilər. Nəticə etibarı ilə daşınmaz əmlak bazarına pul axını artacaq. Belə olduqda qiymətlərdə artım müşahidə olunacaq. Əks halda daşınmaz əmlak bazarında qiymətlər daha da azalacaq. 2017-ci il üçün proqnozlar hələlik pozitiv deyil. Düşünürük ki, bizi çətin bir il gözləyir”.

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv